Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib

2-07-2022, 20:35

Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib

Türkiyə istehsalı olan "Bayraktar Akıncı" PUA lazerlə idarə olunan raketi sınaqdan keçirib.

Ordum.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

"Akıncı" PUA daha əvvəl “Anadolu Qartalı - 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.




Facebook'da Paylaş