Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu KİV nümayəndələrinə, xəbər portalları əməkdaşlarına və social media istifadəçilərinə müraciət edib. Həmin müraciəti diqqətinizə çatdırırıq:
Əziz həmvətənlər, bəzi kütləvi informasiya vasitələri, xəbər portalları ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən sevinərək cəsur döyüşçülərimizi tanıtma kampaniyası aparırlar. Xahiş edirəm, belə təhlükəli səhvləri təkrarlamayın, ordumuzun şəxsi heyətinə zərər vuracaq xətalara yol verməyin! Cəbhədə döyüş gedirkən igidlərimizi düşmənə tanıtmayın!
*Vətəndaş mövqeyinizin peşəkarlığın ən gözəl ifadəsi olduğunu unutmayın,
* Düşmənlərimizin Azərbaycanın milli maraqlarına zidd, dövlətimizin imicinə ləkə gətirən yalanlarını ifşa etmək üçün sosial şəbəkələrdə daha da fəallaşın,
* Cəbhəyanı bölgələrdə yaşayan yaxınlarınızdan əldə etdiyiniz məlumatları yaymayın,
* Xarici media orqanlarında yer almış xəbərləri analiz etmədən tirajlamayın,
Cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına daha da həssas yanaşın, ciddi dəqiqləşdirmələr aparın,
* Xəbər yaymaq istədikdə rəsmi məlumatlara istinad edin,
* Dezinformasiyalara rast gəldikdə, dərhal münasibət bildirin,
* Paylaşılan məlumatların doğru olmadığını duyduqda, şərhlər verin,
*İnformasiya savaşı cəbhəsində həmişə olduğundan daha fəal mübarizə aparın!
P.S.İnşallah müharibə qələbə ilə başa çatsın, bütün qəhrəmanlarımızı xalqımıza tanıdacağıq!