KİV: "ABŞ, Aİ və Britaniya müharibənin dayandırılmasını müzakirə edir

4-06-2022, 12:02

KİV: "ABŞ, Aİ və Britaniya müharibənin dayandırılmasını müzakirə edir

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Ukraynadakı müharibənin dayandırılması planını müzakirə edir.

Ordum.az UNN-a istinadən xəbər verir ki, bu barədə CNN bildirib.

“ABŞ rəsmiləri son zamanlar britaniyalı və avropalı həmkarları ilə atəşkəs çərçivəsində müharibənin danışıqlar yolu ilə dayandırılması imkanlarını davamlı olaraq müzakirə edirlər”, - CNN vurğulayıb.

Məlumata görə, ötən ayın sonunda İtaliya 4 maddəlik plan irəli sürmüşdü. Həmin təkliflərə əsasən, Ukrayna təhlükəsizliyinə təminat qarşılığında NATO-ya münasibətdə tərəfsizliyini saxlayır, eləcə də Krım və Donbasın gələcəyinə dair Rusiya ilə danışıqlar aparır.

Bildirilib ki, ABŞ Ukraynanı Rusiya ilə danışıqlara vadar etmir.




Facebook'da Paylaş