Ukrayna səfiri: “Heç bir Qərb ölkəsinin bacarmadığını Türkiyə etdi

12-03-2022, 14:46

Ukrayna səfiri: “Heç bir Qərb ölkəsinin bacarmadığını Türkiyə etdi

“Heç bir Qərb ölkəsinin bacara bilmədiyini Türkiyə bacarıb. Bu görüşü (Ukrayna, Türkiyə və Rusiya XİN başçılarının görüşü – “Report”) danışıqlar prosesinin başlanğıcı olaraq qiymətləndiririk”.

Ordum.az DHA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar bildirib.

“Görüşdə humanitar dəhlizlərin yaradılması mövzusunda israr etdik, amma Rusiya tərəfi hələ bu məsələni müzakirə edir və rəsmi cavab verməyib. Ukrayna və Türkiyə tərəfi qan tökülməsinin dayandırılması, humanitar dəhlizin yaradılması məsələsində həmfikirdir”, - diplomat deyib.

Onun sözlərinə görə, Ukraynanın təslim olması və ya Rusiyanın irəli sürdüyü ultimatomları qəbul etməsindən söhbət gedə bilməz.




Facebook'da Paylaş