Baş Prokurorluğun məlumatı

4-10-2020, 13:03

Baş Prokurorluğun məlumatı
Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat YAYDI
Hazırda işğalçı ölkənin silahlı qüvvələri 4 oktyabr 2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur. Baş Prokurorluqdan verilən məlumata görə, düşmən ordusu Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur. Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.




Facebook'da Paylaş