Kubada oteldə partlayışda ölənlərin sayı 43-ə çatıb

11-05-2022, 08:41

Kubada oteldə partlayışda ölənlərin sayı 43-ə çatıb

Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Ordum.az xəbər verir ki, bu barədə Kuba Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 43-ə çatıb. Ölənlər arasında dörd uşaq da var.

Son məlumatlara görə, hadisə nəticəsində 96 nəfər xəsarət alıb, onlardan 18-i hazırda xəstəxanalardadır, o cümlədən beşi azyaşlıdır.

Mayın 6-da Kubanın paytaxtının mərkəzində yerləşən Saratoqa otelində partlayış baş verib, binanın fasadının beş mərtəbəsi dağılıb və bir neçə qonşu binaya ziyan dəyib. Faciənin əsas səbəbi kimi qaz sızması hesab edilir.




Facebook'da Paylaş