Kubada oteldə partlayışda ölənlərin sayı artıb

7-05-2022, 22:27

Kubada oteldə partlayışda ölənlərin sayı artıb

Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
Ordum.az xəbər verir ki, bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 32-yə çatıb. Partlayış nəticəsində müxtəlif xəsarətlər alanların 45-i xəstəxanada müalicə alır.

Hələ də 19 nəfərin axtarışları aparılır.

“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.




Facebook'da Paylaş