Erməni “könüllülər ordusu”

2-09-2020, 19:49


Erməni “könüllülər ordusu”na 100 min nəfər cəlb olunacaq

Ermənistan müdafiə nazirinin müavini qadınları da könüllü dəstələrə qoşacaqlarını açıqlayıb

AzToday.az “news.am”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan hökumətin “Müdafiə haqqında” qanuna dəyişiklik etməklə yaratmağa çalışdığı “könüllü ordunun” fəaliyyət prinsipləri, məqsəd və zərurətini izah edib.
Nazir müavini 1 sentyabr tarixində jurnalistlərlə görüşündə “könllü ordu” yaratmaqla çoxsaylı silahlı şəxslərin küçələrdə görünməsinin baş verəcəyi barədə geniş yayılmış fikri qəti şəkildə rədd edib.
Yaşı 70-ə qədər olan bütün ermənilər könüllü orduya cəlb ediləcək
Onun sözlərinə görə, könüllülər mülki əhalinin (yaşı 70-ə qədər) döyüş əməliyyatlarına hazırlaşmağa cəlb edilməsini nəzərdə tutur. Nazir müavini ehtiyatda olanların könüllü orduya cəlb edilə bilməyəcəyini də vurğulayıb: “Onlar yalnız döyüşə göndərildiyi təqdirdə silah alacaq. Lakin könüllünün mütləq hərbi əməliyyatlarda məcburi iştirak etməsi demək deyil. Bunlar təxliyə təşkil etməyə kömək fəaliyyətləri kimi mülki hadisələrdə də ola bilər”.
Nazir müavini vurğulayıb ki, təcrübə göstərir ki, döyüş əməliyyatları dövründə nizamsız könüllü birləşmələr nizami orduya kömək etməkdənsə müdaxilə edir: “Amma könüllülərlə müqavilələr bağlanır və döyüş əməliyyatları baş verdikdə xidmətə çağırılır. O andan etibarən qanunla nəzərdə tutulmuş müavinəti alırlar, hərbi qulluqçu olurlar və sosial təminatlardan istifadə edirlər”.
“Yerkrapa” təşkilatı “könüllü orduya” qarşıdır?
Buna baxmayarq, Q.Balayan konsepsiyanın “Millət-Ordu” anlayışına nə dərəcədə uyğun gəldiyini şərh etməyib. “Yerkrapa” təşkilatında könüllü ordu yaratmaq fikri ilə bağlı narazılıqlar barədə şayiələrə gəlincə, nazir müavini bunların tamamilə fərqli, rəqabət etməyən, əksinə bir-birini tamamlayacağına əminliyini bildirib: “Yerkrapa” gənclərin müxtəlif sosial və vətənpərvərlik proqramlarını həyata keçirən bir ictimai təşkilatdır”.
“Regiondakı proseslər müdafiə bağlı fikrimizi, imkanlarımızı nərədən keçirməyə vadar edir”
Nazir müavini könüllü ordu yaratmaq qərarının qəbul olnması səbəbini açıqlayarkən, nəyin dəyişdiyini soruşduqda Q.Balayan deyib ki, çox şey dəyişib: “Regiondakı proseslər müdafiə bağlı fikrimizi, imkanlarımızı nərədən keçirməyə vadar edir”.
Nazir müavini heç bir ayrı-seçkilik olmaycağını və bu səbəbdən də qadınların da könüllü orduda iştirak edəcəyini bəyan edib:” Düzdür, ilk mərhələdə qeyri-döyüş əməliyyatlarında iştirakdan söhbət gedir. Ümumilikdə, layihə müəlliflərinin təxminlərinə görə, könüllü ordunun sıraları 100 min nəfərə qədər doldura bilər. Layihə ilin sonunadək parlamentə təqdim ediləcək”.




Facebook'da Paylaş