ELDAR İSMAYIL BÖYÜKTÜRK- 80

16-04-2022, 13:16

ELDAR İSMAYIL BÖYÜKTÜRK- 80


Azərbaycan Tibb Universitetində türk dünyasının tanınmış şair-yazarı Eldar İsmayıl Böyüktürkün 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Ordum.az xəbər verir ki,xatirə yubileyində universitetin professor-müəllim heyəti və tələbələri, poeziyasevərlər, şairin doğmaları, dostları, oxucuları iştirak ediblər.
Tədbiri universitetin prorektoru, professor Sabir Əliyev açıb.
Bundan sonra tədbirin aparıcısı, professor İbadulla Ağayev Eldar İsmayil Böyüktürkün şəxsiyyətinə və yaradıcılığına olan sonsuz məhəbbətindən, əsərlərinin bənzərsizliyindən, milli kökə bağlılığından, onun bədii irsinin ölməzliyindən danışıb.
Tədbirdə ATU-nun professoru Surxay Musayev, şairin dostları Mahal Əliyev, Abbas Mazanov, Etibar Məmmədov, "Eldar İsmayıl Böyüktürk ocağı"nın sədri Zöhrə Qaraqızı, QAİB- nin sədri Mürvət Yisifov və gənc yazar Gündüz Əhmədli də çıxış edərək, xatirə işığına toplaşdıqları böyük ədibin təkcə yaradıcılığından deyil, onun vətəndaş mövqeyindən, millətsevərliyindən, haqq uğrunda mübarizədə prinsipiallığından söhbət açıblar.
Xalq artisti Eldost Bayram ustad şairin "Bütöv Azərbaycan olmalıyam" şeirini söyləyib. Şairin "Mən dünyada olmayanda" şeiri isə nəvələrinin ifasında səslənib.
Bundan sonra Türk dünyasından, Almanyadan, İsveçrədən İspaniyadan, Güney Azərbaycandan, Naxçıvandan və respublikamızın digər regionlarından yubiley tədbirinə ünvanlanmış məktublar haqqında məlumat verilib .
Sonda ailələ üzvləri adından çıxış edən Həsən Əhmədov qardaşının xatirəsinə göstərdikləri böyük ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına, Azərbaycan Tibb Universitetinin rektorluğuna təşəkkürünü bildirib.




Facebook'da Paylaş