Rusiyada hərbi hissədə atışma

25-10-2019, 16:54

Rusiyada hərbi hissədə atışma: 7 əsgər öldürüldü


Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə silahlı insident baş verib.
Ordum.az xəbər verir ki, bu barədə “İnterfaks” informasiya yayıb.
Məlumata görə, Qornıy küçəsində yerləşən hərbi hissədə qaravulda xidmət aparan hərbi qulluqçu həmkarlarına atəş açıb. Hadisənin təfərrüatları bildirilməsə də, hərbi qulluqçunun 7 həmkarını güllələdiyi qeyd edilib. Güllələnən əsgərlərin hamısı həlak olub.




Facebook'da Paylaş