Azərbaycan dövləti Türkiyənin əməliyyatını dəstəklədi – RƏSMİ BƏYANAT

11-10-2019, 17:51

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. 
Ordum.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda vurğulanıb.
“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”, – deyə bəyanatda qeyd olunub.




Facebook'da Paylaş