Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanılıb - RƏSMİ

21-02-2022, 13:18

Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanılıb - RƏSMİ

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Məlumatı Ordum.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb.




Facebook'da Paylaş