Bakıda narkotik və silah satan şəxslər həbs edilib
Bakıda narkotik və silah satan şəxslər həbs edilib.
Bu barədə Ordum.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Əli Əhmədov tutulub.
Onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq adlanan heroin, 300 qram psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Əli Əhmədov narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini deyib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə silahlı şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub.
Onun üzərinə baxış zamanı 1 ədəd “CZ-27” markalı tapança, 1 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Qeyd edək ki, İntiqam Həsənov silahı 2000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.
Faktlarla bağlı Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Facebook'da Paylaş