Ermənistan dünyanın ən bədbəxt ölkəsidir - Reytinq

25-03-2018, 19:16




 Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb.

2017-ci illə müqayisədə Ermənistan bu reytinqdə 8 pillə geriləyib. Siyahı BMT-nin beynəlxalq araşdırma qrupu tərəfindən hazırlanmış "Xoşbəxtlik haqqında ümumdünya hesabatı - 2018" adlı xalqların rifahı haqqında illik sənəddə yer alıb.

Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

Qonşu Gürcüstan reytinqdə 1 pillə yüksələrək 128-ci yeri tutur. Azərbaycan 87-ci, İran - 106, Türkiyə - 74, Rusiya isə 59-cu sıradadır. (Trend)




Facebook'da Paylaş