Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Türkiyəyə səfər edəcək

7-01-2022, 17:19

Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Türkiyəyə səfər edəcək

Şimali Kipr Türk Respublikasının baş naziri Faiz Sucuoğlu yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Ordum.az xəbər verir ki, rəsmi görüşlər məqsədi daşıyan səfər yanvarın 12-dən başlayacaq.

Səfər çərçivəsində baş nazir Faiz Sucuoğlu əvvəlcə Türkiyə prezidentinin köməkçisi Fuad Oktayla bir araya gələcək. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də Kipr problemi ilə bağlı məsələ müzakirə ediləcək.

Şimali Kiprin baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi də nəzərdə tutulub.




Facebook'da Paylaş