“Azərbaycanlıların deportasiyası” mövzusunda müsabiqə elanı
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması “Azərbaycanlıların deportasiyası” mövzusunda müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən azərbaycanlıların 1948-1953-cü illər və 1988-1991-ci illər deportasiyalarının növbəti ildönümləri ərəfəsində erməni faşizminin əli ilə bölgənin türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin mahiyyətini, deportasiya ilə bağlı yeni faktları, sübutları üzə çıxarmaq və ictimailəşdirməkdir.
MÜSABİQƏNİN ŞƏRTLƏRİMüsabiqəyə 2021-ci il dekabr ayının 01-dən 2022-ci il mart ayının 01-ə qədər olan müddətdə dərc olunmuş və həmin tarixə qədər heç yerdə dərc edilməmiş yazılar qəbul olunur;
Müsabiqəyə martın 05-dən 15-ə qədərki müddətdə yekun vurulacaq və nəticəsi mətbuatda elan olunacaqdır.
İŞTİRAK MEYARLARI:Müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər;
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
YAZILARIN QƏBULU QAYDASI:yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə;
yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə;
yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə.
MÜSABİQƏYƏ TƏQDİM OLUNMUŞ YAZILARIN MÜKAFATLANDIRILMASI:I yer üçün 1 nəfər (300 manat);
II yer üçün 2 nəfər (200+200 manat);
III yer üçün 3 nəfər (100+100+100 manat);
Həvəsləndirici mükafat – 5 nəfər.
Qaliblər həmçinin Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının xüsusi diplomu ilə təltif ediləcəklər. Müsabiqənin qaliblərinin məqalələri kitab şəklində nəşr ediləcək.
Ünvan: Ziya Bünyadov pr. 48/54
Ayna Sultanovanın heykəlinin yaxınlığında TEL: ( 012) 562 39 65
[email protected]
Facebook'da Paylaş