Qərbi Azərbaycan qaçqınları bəyanat yaydı

8-10-2020, 13:43

Qərbi Azərbaycan qaçqınları bəyanat yaydı
Qərbi Azərbaycan qaçqınları Zəngəzura – Meğri, Qafan, Qarakilsə və Gorus rayonlarına qayıtmalarını tələb edirlər
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması bəyanat yayıb..
Ordum.az həmin bəyanatı təqdim edir:

Ermənistan slahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatları davam edir. Düşmən qüvvələri rəşadətli Azərbaycan ordusu tərəfindən darmadağın olunaraq, işğal altında olan ərazilərimiz azad edilir.
Artıq heç kəs şübhə etmir ki, Prezidentimizin siyasi, ordumuzun hərbi, xalqımızın milli iradəsi ilə işğal altındakı torpaqlarımız son qarışına qədər azad ediləcək. Və bundan sonra, bütün müharibələr kimi, bu müharibə də Sülh müqaviləsi ilə başa çatacaq. Adətən, belə müqavilələrdə əsas şərtləri qalib tərəf diqtə edir. Bu dəfə qalib tərəf biz olacağımz üçün şərtləri də biz diqtə edəcəyik.
Bu müqavilələrin bir xüsusiyyəti də ondan ibarətdir ki, mütləq müharibədən zərər çəkmiş bütün tərəflərin məsələsi masa üzərinə qoyulur. Məlum olduğu kimi, bu münaqişədə zərər çəkmiş tərəflərdən biri də Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə indiki Ermənistan ərazisində soyqırımına məruz qalaraq dədə-baba torpaqlarından qovulmuş 300 min nəfər soydaşımızdır. Onlar 30 ildən çoxdur ki, qaçqın həyatı yaşayırlar, onların da öz ev-eşiklərinə qayıtmaq hüququ var. Həmin Sülh müqaviləsində Ermənistanın bugünkü cinayətkar rejimi o insanların öz dədə-baba ocaqlarına qayıtmaq haqqını tanımalıdır.
Lakin məsələ ondadır ki, o insanlar 1988-ci ilə qədər indiki Ermənistanin 23 rayonunun 300-ə yaxın yaşayış məntəqəsində yaşayıblar, indi onların bütün Ermənistan boyu səpələnən həmin yaşayış məntəqələrinə qayıtması təhlükəsizlik baxımından qeyri-mümkündür, ona görə də biz təklif edirik ki, həmin qaçqınlar vaxtilə azərbaycanlıların nisbətən sıx – 61 kənddə yaşadıqları Zəngəzur mahalı ərazisinə – Meğri, Qafan, Qarakilsə (Sisian) və Gorus rayonlarına köçürülsünlər.
Bu, 30 ildən bəri blokada şəraitində yaşayan Naxçıvana Azərbaycanın Zəngilan bölgəsindən uzanacaq quru yolun təhlükəsizliyi baxımından da əhəmiyyətli olardı.




Facebook'da Paylaş