Füzulidə minaya düşən hərbçilərinin ayaqlarından biri amputasiya edilib

29-11-2021, 09:34

Füzulidə minaya düşən hərbçilərinin ayaqlarından biri amputasiya edilib

Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.

Ordum.az-ın əldə etdiyi məlumata görə, Daxili Qoşunların hərbi qulluqçuları - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Facebook'da Paylaş