"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

22-11-2021, 21:23

"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Ordum.az əldə etdiyi məlumata görə, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır




Facebook'da Paylaş