“Azərişığ”ın Laçında minaya düşən işçisinin vəziyyəti stabildir

23-11-2021, 13:26

“Azərişığ”ın Laçında minaya düşən işçisinin vəziyyəti stabildir

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC-nin əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

Bu barədə Ordum.az-a “Azərişıq”dan məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonar M.Əbilov “Azərişıq” rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb: “Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub




Facebook'da Paylaş