Ərdoğan dollarla bağlı göstəriş verdi, araşdırma başladı

27-11-2021, 15:16

Ərdoğan dollarla bağlı göstəriş verdi, araşdırma başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar valyuta bazarında lirənin dollar qarşısında kəskin ucuzlaşmasının səbəblərini araşdırmaq üçün Dövlət Müşahidə Şurasına göstəriş verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qurumun Ərdoğanın göstərişinə uyğun olaraq valyutada manipulyasiya iddialarını araşdırmaq üçün hərəkətə keçdiyi bildirilir.
Böyük miqdarda xarici valyuta alıb, xüsusilə dollar və avronun bahalaşmasına yol açan qurum və təşkilatlar müəyyən ediləcək. Araşdırmanın nəticəsində protokol tərtib olunacaq və əgər cinayət əməli aşkarlanarsa, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndəriləcək.




Facebook'da Paylaş