Azərbaycan xüsusi təyinatlıları erməniləri döyüb?- ŞOK İDDİA

10-11-2021, 15:16

Azərbaycan xüsusi təyinatlıları erməniləri döyüb?- ŞOK İDDİA

Ermənistan hərbçiləri ötən gün Laçın rayonunun ərazisində yerləşən Qaragöl ətrafında təxribat cəhdi törədiblər. Erməni mediası iddia edir ki, 5 Azərbaycan Xüsusi təyinatlısı erməni hərbiçilərini döyüb.

Orsum..az xəbər verir ki, hadisə ermənilərin iddiasına görə Qaragöl yaxınlığında baş verib. Bu ərazidə erməni və azərbaycanlı hərbçilər arasında dava olub.

Buna səbəb erməni əsgərlərin öz mövqelərini irəliyə çəkərək möhkəmlənmək cəhdləri olub. Hərbçilərimiz buna reaksiya verərək düşmən hərbçilərini əvvəlki mövqelərinə qaytarıblar. Dava zamanı 8 erməni hərbçisi xəsarət alıb.

Gərginlik Rusiya hərbçilərinin əraziyə gəlməsi ilə sakitləşib




Facebook'da Paylaş