Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

21-10-2021, 12:28

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.

Dövlət Xidmətindən Ordum.az-a verilən məlumata görə, general-polkovnik Arzu Rəhimov ölkəmizdə fəaliyyətə başlaması münasibətilə yeni təyin olunan hərbi attaşeni təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edən general-mayor Zekeriya Yalçın iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib




Facebook'da Paylaş