Arzu Rəhimov Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşüb - FOTO

22-09-2021, 14:16

Arzu Rəhimov Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşüb - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ordum.az-a Dövlət Xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




Facebook'da Paylaş