1,4 milyardın əvəzinə bu təyyarələr

10-10-2021, 09:00

1,4 milyardın əvəzinə bu təyyarələr

ABŞ-dan 1,4 milyardın əvəzinə bu təyyarələr alınsın!
Türkiyə arsenalındakı F-16-ların modernləşdirilməsi üçün ABŞ-la danışıqlara başlayıb. Ankaranın məqsədi F-35 proqramından çıxarıldıqdan sonra Hərbi Hava Qüvvələrini başqa bir yolla müasirləşdirməkdir.
Bunu istefada olan türk generalı Ərdoğan Qaraquş deyib:
“F-35 məsələsi ilə bağlı ABŞ-da 1 milyard 400 milyon dollar pulumuz qalıb. Mümkünsə, ABŞ-dan 140 ədəd köhnə F-16-lar alaq. Alınan F-16-ları “Azad modernizasiya” layihəsi çərçivəsində tamamilə modernləşdirmək olar. Qoy radar, kompüter və idarəetmə sistemləri Türkiyəyə aid olsun. Bu günə qədər arsenalımızdakı 37 qırıcını bu formada türk F-16-ları vəziyyətinə gətirdik. Düzdür, F-16 qırıcıları F-35 kimi 5-ci nəsil təyyarələr deyil. Ancaq Türkiyə ordusunun arsenalında nə qədər çox F-16 olarsa, üstünlüyümüz də bir o qədər çox olar”.




Facebook'da Paylaş