Polşa Belarus sərhədinə helikopterlər cəlb edir

7-10-2021, 07:55

Polşa Belarus sərhədinə helikopterlər cəlb edir

Polşa Belarusla sərhəddə mühafizənin gücləndirilməsi üçün hərbi helikopterləri cəlb edəcək.
Bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak deyib.
“Belarus sərhədindən sızmaların qarşısını almaq hazırda Polşa ordusu və sərhəd xidmətinin əsas vəzifəsidir. Sərhədi təxminən 3 min hərbçi qoruyur. Yaxın zamanda Belarus-Polşa sərhədində hərbi helikopterlər patrul fəaliyyətini icra edəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, son zamanlarda Polşa, Litva və Latviyaya Belarusdan qeyri-qanuni miqrant axınlarının kəskin artdığını bəyan edir.




Facebook'da Paylaş