Ərdoğan: "Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm"

1-10-2021, 15:46

Ərdoğan: "Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm"

“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq. 44 günlük müharibədə qazanılan qələbə təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də mühüm hadisə oldu”.

Ordum.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qannuvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ və Azərbaycan digər torpaqları işğaldan azad edildi. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevinclərinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, - o vurğulayıb.




Facebook'da Paylaş