Amerikada hərbi qulluqçuların intiharının sayı artıb

1-10-2021, 10:57

Amerikada hərbi qulluqçuların intiharının sayı artıb


ABŞ Müdafiə Nazirliyi Amerika hərbi qulluqçularının intiharlarının sayının artımını qeydə alıb.
Bu barədə Pentaqonun illik məruzəsində qeyd edilir ki, 2020-ci ildə 580 hərbçi özünə qəsd edib.
Sənəddən göründüyü kimi, ötən il hərbi hissələrdə 384 hərbçi, o cümlədən quru qoşunlarında - 175, Hərbi Hava Qüvvələrində - 81, Hərbi Dəniz Qüvvələrində - 66 və Piyada Dəniz Qoşunu Korpusunda 62 nəfər özünə qəsd edib. Eyni zamanda Milli qvardiyanın və ehtiyatda olan döyüşçülər arasında 196 intihar qeydə alınıb.
"Etiraf edirik ki, göstəricilər istənilən istiqamətdə dəyişmir və ordunun bütün bölmələrində intiharların sayını azaltmaq üçün çalışmaq niyyətimizi bir daha təsdiqləyirik", - hesabatda deyilir.
Əvvəlki analoji sənədlərə əsasən 2018-ci ildə Amerikanın 541, 2019-cu ildə 498 hərbi qulluqçusu intihar edib.




Facebook'da Paylaş