Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 103 ili tamamdı

1-10-2021, 09:39

Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 103 ili tamamdı

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 103 illiyi və 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür.
Azərbaycan Prokurorluğunun 103 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Qələbə əhval ruhiyyəsi ilə prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, çağdaş dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar. Hər bir vətəndaşımız əminliklə inanır ki, Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da öz fəaliyyətini müasir tələblər səviyyəsində quraraq bütün səylərini dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə sərf edəcək.
Vicdanlı, dövlətə,millətə sadiq prokurlarımızı təbrik edirik!




Facebook'da Paylaş