Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub

27-09-2021, 16:33

Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində nazirliyin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub.
Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri iştirak ediblər.

Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Qeyd edək ki,Vətən müharibəsində şücaət göstərmiş şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər.




Facebook'da Paylaş