Ruanda soyqırımının icraçısı həbsxanada öldü

26-09-2021, 07:33

Ruanda soyqırımının icraçısı həbsxanada öldü


1994-cü il Ruandada soyqırımı zamanı 800.000 adamın öldürülməsini təşkil etməkdə günahlandırılan polkovnik Teoneste Baqosora Malidə həbsxanada ölüb. Ordum.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Baqosora o zamankı Beynəlxalq Ruanda Cinayət Tribunalı tərəfindən insanlığa qarşı cinayətlərdə ittiham edilərək 35 illik cəza alıb.
“Onun yaşı 80-i keçmişdi, ağır xəstə idi, ürək problemi vardı. Bir neçə dəfə xəstəxanaya yerləşdirildi və üç əməliyyat keçirdi. Bu gün klinikada öldü”, - deyə agentliyin mənbəsi bildirib.




Facebook'da Paylaş