Prezident İlham Əliyev: "Xüsusi təyinatlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirirəm"

24-09-2021, 12:45

Prezident İlham Əliyev: "Xüsusi təyinatlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirirəm"

"Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri (XTQ) işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Bizim XTQ-lər fədakarcasına döyüşürdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər”, - dövlət başçısı deyib.

O, xüsusi təyinatlı qüvvələrə, onların təchizatına və komplektləşdirilməsinə, hərbi hazırlığına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib: “Mən dəfələrlə XTQ-nin şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş qabiliyyətli hissələr yaratmışıq.

Yenə də ötənilki hərbi əməliyyatlara qayıtsaq, deyə bilərəm ki, ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir, həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən XTQ peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirməli oldular. Ümumilikdə, Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm".




Facebook'da Paylaş