Xüsusi təyinatlılar da təlimə qatıldı

9-08-2020, 13:48

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinə xüsusi təyinatlılar cəlb edilib – VİDEO

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinə xüsusi təyinatlılar cəlb edilib

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.
Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.




Facebook'da Paylaş