Türkiyə HHQ-nin nümayəndələri Gəncədə

30-07-2020, 17:10

Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəlib



Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordum.az-a verilən   məlumata görə, “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.
Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.




Facebook'da Paylaş