Azərbaycan Amarasdakı qondarma qurumun "bayrağı"nı endirməyi tələb edir

22-09-2021, 15:14

Azərbaycan Amarasdakı qondarma qurumun "bayrağı"nı endirməyi tələb edir

Dünən Xocavəndin Cütcü kəndində Azərbaycan ordusu mövqelərini irəli çəkərək neytral zonada yerləşib.

Ordum.az
x
əbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Nəşr qeyd edir ki, hadisə yerinə gələn rus sülhməramlılarının Azərbaycanlılarla aparılan danışıqları nəticəsində onlar yenidən ilkin mövqelərə qayıdıblar, lakin onlar Amaras kilsəsi üzərindəki "bayrağı" endirmək üçün şərt irəli sürüblər.

Qondarma qurumun "nümayəndəsi" Lernik Avanesyan mövqelərin irəli çəkilməsi barədə məlumatı təsdiqləyib.

"Bayraq"la bağlı isə deyib ki, o, dünən rus generalının Ermənistanın bayrağını taxmalarını söylədiyini eşidib.

"Mən hələ getməmişəm, bilmirəm ediblər, yoxsa yox, mən rus generalının belə bir söz dediyini eşitdim", - deyə o bildirib.




Facebook'da Paylaş