Şəhid jurnalistin övladları məktəbə getdi

22-09-2021, 09:23

Şəhid jurnalistin övladları məktəbə getdi

Sentyabrın 22-də Hərbi Jurnalistlər Birliyinin üzvü, Şəhid jurnalist Məhərrəm İbrahimovun övladları da pandemiyadan sonra ilk dərs gününün həyəcanını yaşayan uşaqlar sırasındaydırlar.
Ordum.az xəbər verir ki, Məhərrəmin böyük oğlu Uğur 2-ci sinifə , kiçik oğlu Toğrul isə məktəbəqədər hazırlığa gedir. Onlar da daxil olmaqla ilk dərs günü olan bütün məktəbliləri təbrik edirik!
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, Hərbi Jurnalistlər Birliyinin üzvü, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.




Facebook'da Paylaş