Ərdoğan BMT-də Azərbaycanın qələbəsindən DANIŞDI

22-09-2021, 07:38

Ərdoğan BMT-də Azərbaycanın qələbəsindən DANIŞDI


“Qafqazda sülh və sabitlik baxımından yaxın müddətdə önəmli addımlar atılıb”.
Ordum.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib. Ərdoğan qeyd edib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub:
“Bu hadisə regionda daimi sülhün bərpası üçün fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.
Türk lider BMT tribunasından Krımın İlhaq edilməsini tanımadıqlarını, Ukraynanın ərazi bütövlüyünü dəstələdiklərini və Çinin ərazi bütövlüyü çərçivəsində Uyğur Türklərinin də haqlarının tanınmasının vacibliyini bəyan edib.




Facebook'da Paylaş