Vardanyan: sonumuzdur
Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70%-i bu reallıqla barışıb.Bu sözləri erməni mesenat Ruben Vardanyan “2020 Ermənistanından 2041 Ermənistanına” forumunda deyib.
Onun sözlərinə görə, əgər hazırkı situasiyanı ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.
O xatırladıb ki, bunun üçün 15 bənddən ibarət proqram təqdim edib:
“O bəndlərdən biri odur ki, biz illüziyalarda yaşamaqdan imtina edib, reallığı danışmalıyıq. İkinci vacib məqam - daha çox insanı cəlb etməliyik”.
Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inqilab keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranıb, müharibədən sonra isə dərin krizis yaşanır:
“Əhalinin 60%-i baş verənlərə laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30% əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün şans var”.
ABŞ-ın “Moderna” şirkətinin nümayəndəsi Nübar Afeyan isə baş verənləri kollektiv satqınlıq adlandırıb. O, fikrini əhalinin gələcəyə inamının məhv olması, keçmişlə yaşaması ilə izah edib:
“Biz inanmırıq, bizim üçün heç bir fərqi yoxdur. Məsələ ondadır ki, biz hər zaman “soyqırım”dan danışırıq, keçmiş haqda...”
Facebook'da Paylaş