Şoyqu: "Rusiya sərhədi boyu bizə qarşı "dərin iş" aparılır"

29-08-2021, 14:09

Şoyqu: "Rusiya sərhədi boyu bizə qarşı "dərin iş" aparılır"

"Rusiyaya qarşı "dərin iş" gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır".
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir: "Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı "dərin işlər" aparılır, Kalininqraddan Kamçatkaya qədər... Rusiyanın bir müdafiə sistemi qurması lazımdır" (APA).




Facebook'da Paylaş