Konqresmenlər Pentaqona sorğu göndərib.

6-09-2021, 16:16

Konqresmenlər Pentaqona sorğu göndərib.

ABŞ Konqresi ordunun zirehli texnikalarının PUA-lardan qorunmadığını düşünür.
ABŞ Konqresi ölkənin silahlı qüvvələri tərəfindən istifadə edilən tank və digər zirehli texnikalarının Pilotsuz Uçuş Aparatlarından (PUA) qorunmadığını düşünür.
Bununla bağlı konqresmenlər Pentaqona sorğu göndərib.
Sorğuda amerikalı konqresmenlər Pentaqondan zirehli maşınların PUA-lardan necə qorunacağını soruşub. Pentaqona göndərilən sənəddə PUA-lardan qorunmağa yönəlmiş mövcud və ya planlaşdırılan inkişaflar və gələcək maliyyə ili üçün büdcəyə əlavə edilməsi lazım olan vəsaitlər haqqında məlumat tələb olunur.
Sənəddə birbaşa bildirilir ki, Amerika tanklarının və digər zirehli maşınların bu gün PUA-lardan xüsusi mühafizəsi yoxdur və bir neçə il əvvəl hazırlanmış PUA-larla mübarizə üsulları artıq köhnəlib. Söhbət artıq PUA-ların öhdəsindən gələ bilməyən kiçik çaplı avtomatik toplardan gedir.




Facebook'da Paylaş