Akif Rüstəmov: "Azərbaycan düşmən ölkəyə təzyiqini artırmalıdır"

20-08-2021, 20:53

Akif Rüstəmov: "Azərbaycan düşmən ölkəyə təzyiqini artırmalıdır"

Hər bir xalqın həyatında əlamətdar günlər olur.Tarixə qovuşan belə günləri insanlar yaşadır,nəsildən-nəsilə ötürür.
Azərbaycanın da belə,yaddaqalan tarixi günləri çoxdur.Onlardan biri də 2020-ci il 10 noyabr tarixidir. Həmin tarixdə Azərbaycan,Rusiya və Ermənistanın dövlət başçılarının imzaladığı atəşkəs Bəyanatıdır.Bu Bəyanat 44 günlük Ermınistan-Azərbaycan arasında gedən ikinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsi,düşmənin kapitulyasiya günü idi.
Bu qələbə haqqında dünyanın bir sıra ölkələrinin dövlət başçıları,tanınmış şəxsiyyətləri,siyasətçiləri, media nimayəndələri xoş sözlər deyir,Azərbaycanın haqq savaşını müdafiə edirdilər.Məsələn,rusiyalı məşhur jurnalist və politoloq Maksim Şevçenko haqqın,ədalətin Azərbaycanın tərəfində olduğunu deyir:İkinci Qarabağ müharibəsi təkcə torpaqların işğaldan azad edilməsi,Xocalının qisası deyil,həm də vaxtı ilə babalarımızın vuruşduğu nasizmə qarşı müharibə idi.
ABŞ Dövlət katibinin keçmiş müşaviri,Qafqaz məsələləri üzrə tanınmış politoloq Pol Qobl düşmən üzərindəki qələbənin Azərbaycanın nüfuzuna müsbət təsirini dilə gətirir.O,yazır ki, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsi Bakının təkcə Cənubi Qafqazda deyil,Mərkəzi Asiyadakı çəkisini artırıb.Azərbaycan hesablaşmalı qüvvə olduğunu göstərib.
Döyüş meydanında məğlub olan,ordusunun səksən faizini itirən ermənilər məğlubiyyətlə barışmaq fikrində deyil. Havadarlarının köməyi sayəsindı nəyəsə ümid bəsləyirlər.Xocalı qatili Vitali Balasanyan Ermənistanın ictimai televiziyasına müsahibəsində erməni xalqına müraciət edib:Xalqımızı əmin etmək istəyirəm ki,sərhədlər dəyişdiriləcək,Artsaxın(Dağlıq Qarabağ-A.R.) statusu müəyyən olunacaq,ərazilərimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında qalmayacaq. Həyasızlığa bax ki,cinayətkar işğaldan azad olunmuş ərazilərimizi Ermənistan arazisi hesab edir.Qondarma respublikanın Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan “Xankəndinin mərkəzində Azərbaycan bayrağı dalğalanmayacaq” mesajı ilə həmvətənlərinə ürək-dirək verir.Görünür rəsmi çıxışlarda,mediada Xankəndinin adının az hallanması düşməni sevindirir.Amma yanılır,gec-tez Azərbaycanın üçrəngli bayrağının Xankəndinin göbəyində dalğalanacağı gün heç də uzaqda deyil.
Rusiyalı politoloq,publisist Aleksandr Sitin ermənilərin bu həyasızlığının arxasında Rusiyanın durduğuna işarə edərək yazır ki,”Ermənistan artıq heç nədən çəkinmir,çünki Rusiyanın onu heç kimin ahağına verməyəcəyini başa düşüb..Ümumiyyətlə,Qarabağ üçün status olmamalıdır”
Qeyd edim ki,atəşkəslə bağlı üçtərəfli razılaşmada və heç bir sənəddə qondarma rejimin adı qeyd olunmayıb.Lakin buna baxmayaraq,onun bayrağının böyük qardaşının Msdafiə Nazirliyinin saytında nümayişi yolverilməzdir.
“Artsax”artıq yoxdur. Ermənilər nə qədər canfəşanlıq eləsə də xeyri yoxdur.Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan digər erməni siyasətçilərindən fərqli olaraq,danışığında,mühakimələrində bəzi həqiqətlər özünü biruzə verir,hətta qondarma rejimin yoxluğunu dərk edir.”Modern.az”saytı Ter-Petrosyanın aşağıdakı fikirlərini yayıb:”Bütün dünya Qarabağı Azərbycanın bir hissəsi kimi hesab edir,yalnız bir hissəsini bərpa edən Azərbaycanı heç kim qınamadı.Bu dünyanın qanunu budur.Dağlıq Qqarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil,hər şey bitdi”
Bəli,hər şey bitdi.Azərbaycan öz torpağında ermənilərə bir daha muxtariyyəyt verməyəcək.Sovetin verdiyi muxtariyyət artıq tarixə qovuşdu.Unutmayaq ki,erməni xəstədir,torpaq xəstəsi.İndi də Rusiyanın cənubunda yeni Qarabağ kartını atıblar ortaya.Belə ki,Rusiyanın Krasnodar vilayətində yaşayan ermənilər “Krasnodar Ermənistan Respublikası”nı kağız üzərində yaradıb,muxtariyyət tələb edirlər.Onlara bu işdə Rusiyadakı erməni diasporu kömək edir.Diasporun nümayəndəsi Norayr Qriqoryan Feysbuk səhifəsində erməni xalqına aşağıdakı mızmunda müraciət edib:”İndi bizim diasporumuzun əsas vəzifəsi paytaxt Soçi və ya Adler şəhəri olan erməni muxtariyyətini əldə etməkdir.Bu ərazilər Ermənistanın tərkibinə daxil olacaq,sonradan Abxaziya da bizə birləşəcək.Bundan sona biz artıq “ana Ermənistan”ilə birləşmək üçün Gürcüstandan dəhliz tələb edəcəyik”.Onu da bildirim ki,Krasnodarın “Böyük Ermənistan”ərazisi olması barədə xəritələr də cap olunub.Və hər bir erməni mənzilinin divarını bu xəritə bəzəyir.
Son vaxtlar sərhəddəki atışmalar intensifləşib.Bu atışmalar rus sülhməramlılarının Qarabağda möhkəmlənməsinə xidmət edir.Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyir ki, Rusiya Dağlıq Qarabağı tərk etməyəcək.Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb.Görəsən nədir bu öhdəliklər?Yenə Kreml bizim üçün hansı sürpiriz hazırlayıb.
Saxta tarixlə yaşayan ermənilər 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının əhalisindən biri idi.Onlarln nə vətəni, nə də dövləti olmayıb.Rusun köməyi ilə Azərbaycan torpaqlarında dövlət yaradıblar.İndi də rusa arxalanıb bizim üçün nəsə hazırlayırlar, kim bilir,bəlkə ücüncü Qarabağ müharibəsi ərəfəsindəyik.Hər halda ayıq olmalıyıq.
Azərbaycan yumşaq diplomatiyadan imtina etməli,qalib xalq kimi düşmən ölkəyə təzyiqini artırmalıdır.
Akif RÜSTƏMOV
Nabran,19.08.21




Facebook'da Paylaş