Əgər Türkiyə ordu modelinə keçiriksə

7-08-2021, 10:50

Əgər Türkiyə ordu modelinə keçiriksə

Orduda xidmət edən şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması üçün yeni təlim poliqonlarının inşası çox vacibdir və böyük əhəmiyyət daşıyır. Hazırki durumda Azərbaycan əgər türk ordu modelinə keçidi hədəf kimi qarşısına qoyubsa, ordunun say tərkibinin artılırması üçün addımlar atılırsa və Quru Qoşunları komandanlığı yaradılırsa, Kəlbəcərdə bu addımın atılması gözlənilən idi.
Bunu Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev müdafiə naziri Zakir Həsənovun Kəlbəcərə səfərini şərh edərkən deyib. Ekspert həm də Vətən müharibəsindən sonra hərbçilərimizin xidmət sahələrinin genişləndiyini bildirdi:
“Vətən müharibəsi başlayana qədər də bizim hər bir hərbi birliyin, hətta ön xəttə yaxın yerləşən bölmələrimizin özlərinin təlim poliqonları olub. Artıq hərbçilərimiz Laçında və Kəlbəcərdə döyüş növbətçiliyinə cəlb olunursa, onların təlim poliqonları xidmət etdikləri ərazinin yaxınlığında yerləşməlidir ki, həm xidmət getsin, həm də mütəmadi şəkildə təlimlər keçirə bilsinlər. Bu, eyni zamanda, hərbçilərimizin real relyef şəraitinə uyğun şəkildə təchiz edilmiş poliqonlarda peşəkarlıq səviyyəsinin artırılmasına imkan verəcək. Kəlbəcərdə hərbi infrastrukturun yaxşılaşdırılması üçün atılan addımlar kifayət qədər ciddidir və zamanında atılıb”.




Facebook'da Paylaş