Bu tarixin memarı İlham ilə Ərdoğan

18-06-2021, 07:19

Bu tarixin memarı İlham ilə Ərdoğan

Əziz oxucular, Azərbaycanımızın mədəniyyət paytaxtı Şuşa şəhərində XXI əsrin möhtəşəm görüşü, iki qardaş ölkənin prezidentlərinin Türk dünyasının digər liderlərinə örnək olacaq ünsiyyətləri, dosta uzanan yardım əli, düşmənə verilən gözdağı, Cıdır düzündə cövlan edən Qarabağ atlarının şahə qalxması, Ali Baş Komandanların Yallı sədası altında əl-ələ verməsi bütün Vətənsevərlərin ürəyini ehtizaza gətirib. O tarixi anları televiziya ekranlarından seyr edən Azərbaycan Yazıçılar birliyinin üzvü, Turan sevdalısı şairimiz Nailə İbrahimovanın könül duyğularından bağladığı söz çələngini təqdim edirik:

RəcəbTəyyub Ərdoğan

Atatürk ürəklisən, Ərtuğrul biləklisən,
Zəfərlərə yol açan nər Osman diləklisən.
Türk elləri yolunu gözləyibdir hər zaman,
Ümidləri doğruldan böyük insan Ərdoğan!

Mərhəmətli qəlbinlə işıq saçdın yollara,
Zülmət yolu göstərdin zülm edən insanlara.
Zalımları susdurdun öz əzminlə hər zaman,
Sənin zəkana heyran bütün cahan Ərdoğan!

Şuşaya gəlişin də dastan oldu dillərdə,
Gəlişinlə sevindi çiçəklər də, güllər də.
Qol açdı gülərüzlə qardaşın Azərbaycan,
Xoş gəldin yurdumuza, Rəcəb Təyyub Ərdoğan!

Yeni tarix yazıldı Şuşada uğur olsun!
Türk məşəli göylərdə qoy həmişə gur olsun!
Günbatan arxadadır, qarşımızda gündoğan
Bu tarixin memarı İlham ilə Ərdoğan.





Facebook'da Paylaş