Azərbaycanlı şair “Afrin marşı” yazdı

19-03-2018, 00:01

 



 Ordum.az xəbər verir ki, Türkiyənin öz ölkə təhlükəsizliyini qorumaq üçün Suriyanın Afrin şəhərində terroçulara qarşı apardığı mübarizədə əldə etdiyi zəfərlərin şərəfinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respubikası Prezident mükafatçısı, Bayat Dərnəyinin sədri, şair Qabil Ədalət “Afrin marşı” yazdı. Marşa Azərbaycanda klip də hazırlayıb paylaşdılar.

Türk qızı igid doğurar,
Yürü, Türk oğlu, yürü.
Qanıyla şəhid yoğurar.
Yürü, Türk oğlu, yürü.
 Afrin zafər qoxuyur,
Analar çələng toxuyur,
Türk oğlu meydan oxuyur,
Yürü, Türk oğlu yürü.
Düşmən bağlasın qara bağ.
Yenilməzdir Türk təki dağ.
Harayla, gəlsin Qarabağ,
Yürü, Türk oğlu yürü.
İbrət alsın ellər Türkdən.
Nəğmə desin dillər Türkdən.
Əmanətdir neçə Türkdən,
Yürü, Türk oğlu yürü.
Könül quracaq Afrində,
Tarix yazacaq Afrində,
Bayraq qalxacaq Afrində,
Yürü, Türk oğlu, yürü.

https://www.youtube.com/watch?v=gdzUdUjZ0Z0&feature=youtu.be




Facebook'da Paylaş