OSMAN ƏFƏNDİ!

10-06-2021, 19:18

OSMAN ƏFƏNDİ!

Bu gün deyilənlərə inansaq, sənin doğum günündür. Əslində heç kim, elə sənin özün də bilmirdin hansı ayın hansı gününün hansı saatında doğulduğunu. Hardan biləcəksən ki... Sən o qədər uzaq keçmişlərdən gəlmişdin ki bu fani dünyaya... Elə uzaq zamanlarda da... köç arabasında doğulduğun kimi...köçünü də elə köç arabasında sürüb getdin. Sənsiz dünyanın dadı-duzu getdi desək, az olar. Sənsiz dünyanın üzü getdi...və özü getdi. Yerin rahatdımı indi, axı sənin bu dünyada yerin elə narahat idi ki...
Anan Qara Tamamın, atan Dəmirçi Əhmədin ruhundanmı doğuldun təkcə?! Əsla yox! Sən Metelərin, Teomanların, Atatürklərin, Elçibəylərin, Bəxtiyarların, Ulutürklərin... ruhundan doğulmuşdun, o ruhlarla qolboyunsan indi! Ruhun şad olsun, Möhtəşəm Türk Oğlu!
Qiymət Məhərrəmli




Facebook'da Paylaş