“Dəmir yumruq yerindədir!”

10-06-2021, 19:11

“Dəmir yumruq yerindədir!”

Raket və Artilleriya Qoşunlarının hərbi hissəsində “Dəmir yumruq yerindədir!” mövzusunda tədbir keçirilib
Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı azad etmək məqsədilə Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyularaq kapituliyasiyası, məğlubiyyəti ilə başa çatdı.
Ordumuz Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib bir ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib bir Ordunun əsgəri olmaqdan böyük qürur duyur.
Zəfər günümüzdən altı aya yaxın bir vaxt keçməsinə baxmayaraq, düşmən yenə hiyləgər və məkrli niyyətlərindən əl çəkmir, biabırçı məğlubiyyəti ilə barışmaq istəmir, bölgədə mövcud olan reallıqlardan nəticə çıxarmır.
Müdəfiə Nazirliyinin təşkilatçılığı ilə Raket və Artilleriya Qoşunlarının döyüşən hərbi hissələrindən birində “Dəmir yumruq yerindədir!” devizi altında keçirilən tədbirdə bu barədə daha ətraflı danışılıb. Ermənistanın təcavüzkar, işğalçı, terrorçu, dağıdıcı bəzi revanşist qüvvələrinə ismarıc ünvanlanıb ki, təxribatlar törətməkdənsə, sovet ideologiyasının tarixi Azərbaycan torpaqlarında yaratdığı ölkənizi bürümüş hərbi, siyasi, iqtisadi, mənəvi böhrandan xilas olmaq üçün yollar arayın, məzlum erməni xalqının gələcəyini düşünün. Əks təqdirdə Azərbaycanın atacağı addımlar daha ciddi, daha kəskin olacaqdır!
Tədbir zamanı yumruqlarını düyərək bir ağızdan “Dəmir yumruq yerindədir!” deyən igid artilleriyaçıların gur səsi ətrafa yayılaraq düşmənlərə meydan oxuyub.




Facebook'da Paylaş