Qarabağda yeni hərbi hissələr yaradılıb

29-05-2021, 19:39

Qarabağda yeni hərbi hissələr yaradılıb


Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışı olub

Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam və Xocavənd rayonları ərazilərində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.
Respublika Günü münasibətilə keçirilən açılış mərasimlərində birlik komandiri general-mayor Mayis Bərxudarov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.
Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin keyfiyyətli təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisioner, mebel, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatı, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.




Facebook'da Paylaş