İqor Korotçenko: "Ermənistanın kiçik insidentlər ətrafında böyük səs-küy yaratmaq səylərini görürük"

29-05-2021, 10:24

İqor Korotçenko: "Ermənistanın kiçik insidentlər ətrafında böyük səs-küy yaratmaq səylərini görürük"



Rusiya jurnalisti və hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru; "Dünya Silah Ticarəti Analizi Mərkəzi" MMC-nin təsisçisi və direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, ehtiyatda olan polkovnik İqor Korotçenko:

“Biz Ermənistanın aryı-ayrı kiçik sərhəd insidentləri ətrafında böyük səs-küy yaratmaq səylərini görürük. Güman edirəm ki, Ermənistanın son diversiya təxribatının tarixi də təsadüfi seçilməyib.
28 May-Azərbaycanın Respublika Günü ərəfəsində bu diversiya aktının törədilməsinə cəhd təsadüfi deyil. Ermənistan tərəfinin guya Azərbaycan tərəfinə əsir düşən 6 hərbçisinin diversant olmadığı, mühəhdis tapşırığını yerinə yetirən dinc hərbçilər olması barədə bəyanatı absurddur.
Gecə saat 3-də mühəndis tapşırığı yerinə yetirilmir, həm də başqasının ərazisində...
Bu axmaqlıdır.




Facebook'da Paylaş