Bayramov İqor Popovla danışdı

4-10-2020, 17:37

Bayramov İqor Popovla danışdı

Oktyabrın 4-də Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı olub.
Bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov, rusiyalı həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Rusiyalı həmsədrə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olduğu və 111 nəfər isə yaralandığı barədə məlumat verilib. Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güddüyü İqor Popovun diqqətinə çatdırılıb. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasının bir daha bariz nümunəsi olduğunu vurğulayıb.
İqor Popov, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə etdi və atəşkəsə əməletmənin əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.




Facebook'da Paylaş