“Hayastan” fondunun 15 milyardı batdı...

14-03-2021, 10:18

“Hayastan” fondunun 15 milyardı batdı...

“Hayastan” fondu indiyə qədər Qarabağa 15 milyard vəsait xərcləyib.
50 milyon manatdan çox vəsaitə ekvivalent xərc çəkilmiş obyekt və yollar Azərbaycan dövlətinin nəzarətinə qayıtdı..
Ermənilər işğal dövründə “Hayastan” ümumerməni fondu hesabına tikilən və Milli Ordumuzun 44 günlük savaşından sonra Azərbaycan dövlətinin nəzarətinə qaytarılmış torpaqlarımızda qalan bir sıra təhsil, infrastruktur obyekti, yolların (və s.) və onlara çəkilmiş xərclərin siyahısını təqdim edib.
Məlumat sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
Siyahını təqdim edirik:

-“Hadrut”(Ağoğlan qəsəbəsi) “rayon” xəstəxanası (təmiri üçün 280 milyon AMD(erməni dramı) xərcləndi),
-Həmin xəstəxana üçün təcili yardım maşınları (43 milyon AMD);
- 6 milyard 66 milyon AMD həcmində infrastruktur xərcləri(Qırmızı Bazar-Ağoğlan və Sakuri-Ağoğlan yolu, Talış kəndinə yol, Ağdərə-Suqovuşan(“Madagiz”) şossesi);
Daşaltı kənd məktəbinin idman zalının təmiri - 41 milyon AMD.
-3 milyard 600 milyon AMD xərclənən 50-dən çox tikilmiş və ya təmir olunmuş, mebellə təchiz edilmiş məktəb. O cümlədən Şuşadakı Yeznik Mozyan adına “peşə məktəbi”, təmir edilmiş və təchiz olunmuş “Şuşa kitabxanası”.
-4 milyard 335 milyon AMD məbləğində su təchizatı sistemləri:
Talış kəndindəki 17 ev üçün 4-5 kilometrlik içməli su təchizatı şəbəkəsi və Laçın şəhəri, “Hadrut rayonu”(Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının bir hissəsi) və Şuşadakı 30 yaşayış məntəqəsi üçün su təchizatı şəbəkələri;
-Daşaltı kəndindəki günəş enerjisi stansiyası;
-Ümumi dəyəri 1 milyard 200 milyon AMD olan 13 icma mərkəzi.
Beləliklə, “Hayastan” fondunun işğal dövründə, ən azı, 15 milyard 465 milon dramlıq və ya təxminən 50 milyon 144 min 200 AZN-ə ekvivalent xərc qoyduğu obyekt və yollar Azərbaycan dövlətinin nəzarətinə qayıdıb.




Facebook'da Paylaş